Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medal qazanıb

 

Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medal qazanıb.

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya xarakterli güləş üzrə dünya çempionatında Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarının ötənilki dünya və Avropa çempionu Hacı Əliyev finala qədər maneəsiz irəliləyib. Güləşçimiz moldovalı Andrey Perpelita, yaponiyalı Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov üzərində inamlı qələbə qazanıb. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə qalib gələn güləşçimiz ikinci dəfə dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk dəfə ikiqat dünya çempionu titulunu qazanıb.  

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov