Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Ağdam Olimpiya İdman Kompleksində boks üzrə açıq turnir keçirilib

 

Sentyabrın 13-də Ağdam Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsi tərəfindən 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə açıq turnir keçirilib. Turnirin keçirilmə məqsədi Qarabağ şəhidlərinin xatirəsinin yad edilməsi, boks idman növünün kütləviliyinin artırılması, qarşıdakı yarışlara hazırlıq və perspektivli idmançıların aşkar edilməsindən ibarətdir. Turnirdə rayon idmançıları ilə yanaşı Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Şirvan təmsilçiləri də iştirak edib.

Yarışın təntənəli açılışında çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov respublikamızda idmana göstərilən dövlət qayğısı barədə iştirakçılara ətraflı məlumat verərək Ağdam rayonunda da bu qayğının məntiqi davamı olaraq idmanın inkişafı üçün görülən işlərdən danışıb. Çıxış edən rayon Qazilər Birliyinin sədri Şamil Əbilov və digər qonaqlar da idmanın təmas cəbhə bölgəsində yaşayan uşaq və yeniyetmələrin fiziki cəhətdən sağlam böyüməsində xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Beynəlxalq qaydalara uyğun keçirilən turnirdə I, II və III yeri tutan idmançılar diplom və medallarla təltif ediliblər. 

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov