Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 40-a yaxın idmançı iştirak edib

 

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında keçirilən yarış Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Turnirdə 16 çəki dərəcəsində 40-a yaxın idmançı iştirak edib.

Yarışın keçirilməsinin məqsədi barədə danışan Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu cür tədbirlər yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına və sağlam ruhda böyüməsinə kömək edir. O, muxtar respublikada idmanın inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev idmançılara yarışın qaydaları haqqında məlumat verib və onlara uğurlar arzulayıb.

Yarışda Naxçıvan şəhərinin komandası ilə yanaşı, Ordubad və Kəngərli rayonlarının idmançıları da öz güclərini sınayıblar. Elvin Seyidov (Ordubad), Nazim Abazərli (Naxçıvan), Süleyman Abdullayev (Kəngərli), Ayxan Quliyev (Naxçıvan) və başqaları müxtəlif çəki dərəcələri üzrə qalib olublar.

Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov