Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

"Sabahın ulduzları" paytaxt çempionatına start verilib

 

Balaca futbolçuların səbirsizliklə gözlədiyi 11-ci "Sabahın ulduzları" paytaxt çempionatına 20 komandanın iştirakı ilə start verilib. Bakı Futbol Federasiyasının məlumatına görə, "İnter-Arena" İdman Sağlamlıq Mərkəzində 2005-ci il təvəllüdlü uşaqlardan ibarət 8 komanda ikidövrəli sistem üzrə yarışacaq və bu yaş qrupunda 56 oyun keçiriləcək. Daha kiçikyaşlı uşaqlardan ibarət 12 komanda isə "A" və "B" qruplarında üçdövrəli sistem üzrə mübarizə aparacaq və balacalar 90 dəfə meydana çıxacaqlar.

"Sabahın ulduzları" U-11 2005-ci il təvəllüdlü futbolçular arasında 1-ci turun nəticələri artıq məlum olub.  Komandalar "İnter-Arena" stadionu, 3-cü meydançada   qarşılaşıblar. Belə ki, İnter-Arena - Bakı FK 3-0, Xudafərin - Vətən 0-0, Neftçi İK - Təhsil (Şirvan) 3-0, Rəvan - Neftçi 2-1 nəticələri qeydə alınıb. Sabahın ulduzları" U-9/10 2006-2007-ci il təvəllüdlü futbolçular arasinda  "A" qrupunda Qarabağ - Neftçi İK 0-2, Təhsil (Bakı) - İnter ulduzları 1-1, Vətən-2006 - Bakı FK 5-1 hesabı müəyyənləşib.  "B" qrupunda isə İnter-Vətən-2007 3-0, Xəzər-Buzovna - Təhsil-Sunami (Sumqayıt) 4-1, Rəvan - Təhsil (Şirvan) 5-1 hesabı ilə qalib gəlib. 

Bakı Futbol Federasiyası 11-ci "Sabahın ulduzları" paytaxt çempionatının başlanması münasibətilə yarış iştirakçılarını təbrik edir və bütün komandalara 15 həftə davam edəcək bu futbol bayramında uğurlar, qələbə sevincləri arzulayır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov