Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Ölkə başçısı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binası ilə tanış olub

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.

2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi.

Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlandı. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Böyütmək üçün seçinDövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada linqafon otağı, kompüter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər.

Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, tamamilə yeni infrastruktur yaradılıb. Transformator yarımstansiyası, su və kanalizasiya şəbəkəsi quraşdırılıb, istilik təchizatı üçün qazanxana tikilib. Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında öz yeri olan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binada daha səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılıb. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov