Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Binəqədi məktəbliləri velosiped yarışında mübarizə aparıblar

 

Böyütmək üçün seçin Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Binəqədi rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 32 komanda iştirak edib.

Komandalar 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 115 nömrəli tam orta məktəbin komandası layiq görülüb. 297 və 314 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da analoji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak etmək hüququ əldə edəcəklər. 

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan muəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov