Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Şamaxıda şahmat turniri keçirilib

 

Böyütmək üçün seçin15-19 noyabr 2015-ci il  tarixlərində Şamaxı Şahmat Məktəbində Milli Dirçəliş Gününə həsr edilmiş şahmat turniri keçirilib.

Turnirdə  102  şahmatçı  iştirak  edib. İsveçrə  sistemi  üzrə  keçirilən yarışda 9  tur  oynanılıb. 6  yaş qrupu üzrə oğlanlar və qızlar  arasında qaliblər  müəyyən   edilib. 9  turdan 9 xal toplayan şəhər 9 nömrəli tam orta məktəbin VIII sinif şagirdi  Ramazan Mecidov turnirin qalibi olub.

Yaş qrupları üzrə oğlanlar arasında 9 nömrəli tam orta məktəbin I sinif şagirdi Comərd Sadıqlı (6 yaş), şəhər 2 nömrəli tam orta məktəbin III sinif şagirdi  Toğrul  Kərimov (8 yaş), şəhər 3 nömrəli tam orta məktəbin V sinif şagirdi Röyal Aslanov (10 yaş),  şəhər  2 nömrəli tam orta məktəbin VI sinif şagirdi  Nadir İsmayılov (12 yaş)  və VIII sinif  şagirdi Tofik (14 yaş),  Şamaxı Avropa  liseyinin IX sinif şagirdi Nicat Rəhimov (16 yaş) çempionluq  sevinci   yaşamışlar.

Qızlar arasında isə müvafiq yaş qruplarında şəhər 2 nömrəli tam orta məktəbin  şagirdləri - Əminə Şirəliyeva (8 yaş), onun  bacısı  Aytac Şirəliyeva (12 yaş),  Sabir qəsəbə tam orta məktəbin şagirdi Turac Ağazadə (10 yaş),  Şamaxı  Avropa liseyinin şagirdləri -  Fəridə Rəhimova (14 yaş) və İzzət Ağayeva (16 yaş) birinci pilləyə yüksəliblər.

Qaliblərə  diplomlar  və  mükafatlar  təqdim   edilib.

Turnir  təsnifat  xarakterli  olduğundan   şahmatçılar  müvafiq  idman  dərəcələrinə  layiq  görülüblər.

Şamaxı  şahmatçıları  oktyabr  ayında  Balakən  rayonunda  keçirilən  “Təhsil”  Respublika İdman Mərkəzinin şahmat üzrə respublika  çempionatının  zona turnirində də uğurla yarışmışlar. Bu turnirdə 4 şahmatçımız final mərhələsinə vəsiqə  qazanmışdır.

Quba  şəhərində keçirilən final mərhələsində də Əli Baloğlanov və Asim Sərxanov uğurla çıxış ediblər. 

A.AĞAYEV,
Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov