Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Qaliblərə mükafatlar təqdim edilib

 

Azərbaycan Kikboksinq Federasiyasının, “Xaçmaz” kikboksinq klubunun və Xaçmaz İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnir keçirilib.

Yarış bu günlərdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə 10-a yaxın klubun idmançıları öz qüvvələrini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə, “Ağsu” kikboksinq klubu birinci, “Qarabağ” ikinci, “Quba” klubu isə üçüncü yerə çıxıb.

Sonda qalib idmançılar mükafatlandırılıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov