Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri

 

Böyütmək üçün seçin Bərdə Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda  bildirilir ki,  Uşaq-Gənclər Şahmat İdman Məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon turniri başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə 6-8 və 10-12 yaşlı şagirdlər arasında keçirilən yarışda 46 nəfər iştirak edib.

Yarışın açılış mərasimində Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Tahir Quliyev, Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Əbülfət Məmmədov və başqaları çıxış edərək böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.

İki gün davam edən yarış olimpiya sistemi üzrə keçirilib. Turnirin yekununda qaliblər müvafiq dərəcəli diplomlarla təltif olunub. 

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov