Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Məktəblilərin rayonlar üzrə çempionatı başa çatdı

 

Böyütmək üçün seçinYeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxt rayonlarının orta məktəbləri arasında təşkil edilən birinciliklərə yekun vurulub. Sabunçu və Nərimanov rayonlarında keçirilən yarışlardan sonra final mərhələsinə vəsiqə qazanan son 6 komanda müəyyən edilib.

Sabunçu rayonu məktəbləri arasında 1-ci yerə 148 nömrəli tam orta məktəbin komandası layiq görülüb. 67 və 155 nömrəli məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Nərimanov rayonu məktəblərinin mübarizəsinə gəlincə, 82 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. 2-ci yerə 45, 3-cü yerə isə 200 nömrəli orta məktəbin komandası layiq görülüb.

Beləliklə, adları çəkilən məktəblərin komandaları final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə ediblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov