Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Qaliblər mükafatlandırılıb

 

Sahil qəsəbəsində yerləşən Uşaq Gənclər İdman Məktəbində Qaradağ rayon məktəblilərinin XXVIII Spartakiadası çərçivəsində stolüstü tennis üzrə rayon birinciliyi başa çatıb. Yarışda hər məktəbdən 5 şagird (3 oğlan, 2 qız) iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 228 nömrəli məktəbin komandası birinci olub. Yarışda 319 nömrəli məktəb ikinci, 273 nömrəli məktəbin komandası isə üçüncü pillədə qərarlaşıb. Qaliblərə rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyyələri verilib.

Qeyd edək ki, 228 nömrəli məktəbin komandası Bakı Spartakiadasına vəsiqə qazanıb. 

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov