Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

“Ən yaxşi yazi” müsabiqəsi elan edir

 

Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, pedaqoqlar tədris etdikləri fənlərlə bağlı fərdi pedaqoji təcrübələrini, müasir dərsin  əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim etməklə müsabiqədə  iştirak  edə  bilərlər.  Yazılar  01  yanvar 2016-cı  il  tarixdən 31 yanvar 2016-cı il tarixinədək [email protected] elektron poçt ünvanında qəbul ediləcək. Təşkilat Komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Müsabiqənin əsas şərtləri:

1. Yazılar Azərbaycan dilində, Times New Roman şrifti ilə təqdim edilməli,  həcmi 6 min işarədən az,  9 mindən çox olmamalıdır.

2. İştirakçılar   təqdim   olunan   yazıların   sonunda   zəruri   məlumatları  (adı, soyadı, əlaqə telefonu, çalışdığı təhsil müəssisəsinin adı və tutduğu vəzifə) qeyd etməlidirlər.

3. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər.

4. Yazıların əvvəlində  müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.

   Əlaqə üçün: (012) 561-60-41,  (012) 538-51-41 

TƏŞKİLAT KOMİTƏSİ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov