Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktiki konfransı keçirilib.

 

Virtual formatda keçirilən konfransda  MDU-nun rektoru Şahin Bayramov bakalavriat səviyyəsində təhsil alan tələbələrin elmi- tədqiqat fəaliyyətinə marağınının artmasını yüksək qiymətləndirib. Cari tədris ilində TEC-in  fəaliyyətinin qənaətbəxş olduğunu bildirən Ş.Bayramov aktual mövzularda tədqiqatlar aparan tələbələrin gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaları üçün MDU tərəfindən müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

 

Sonra MDU tələbələrinin bir qrupu elmi mövzularında məruzələrlə çıxış ediblər.

 

Virtual konfransın iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr də aparılıb.