Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər.

       

Universitetdən bildirilib ki, ABŞ, Yaponiya, Kanada, İngiltərə, İtaliya, Fransa, Malayziya, Braziliya, Hindistan, İran, İspaniya, Çin, Tailand, Rusiya və digər ölkələrin nümayəndələrinin qatıldığı onlayn konfransda ADNSU-nu ali məktəbin  dosenti Tamilla Naibova və doktorantı Zülfiyyə Musazadə təmsil edib.  

 

İki gün davam edən konfransda 35 - dən çox məruzə dinlənilib. Konfransda iştirak edən ADNSU-nun dosenti və doktrantı apardıqları elmi - tədqiqat işlərinin nəticələri haqqında geniş məruzə ilə çıxış ediblər.

 

Sonda onların tədqiqat işlərinin nəticələrinin nüfuzlu jurnallarda dərc olunması tövsiyə edilib.