"Reuters"in analitik hesabatına əsasən, gələn il Avropanın "5G" bazarı üçün mühüm olacaq. Avropa İttifaqı koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondundan yeni texnologiyaların maliyyələşdirilməsinə 750 milyard avro ayırıb, indi isə Avropanın informasiya texnologiyaları şirkətləri ("Nokia", "Ericsson", "Telefonica" və digərləri) müzakirə və planlara qoşulurlar. Bununla belə mütəxəssislər və operatorların nümayəndələri 2021-ci ildə Çinə və ABŞ-a yaxınlaşmağın mümkün olmayacağını etiraf edirlər, amma geriqalmanı azaltmaq tamamilə realdır.

 

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkətinin proqnozuna görə, qarşıdakı 5 ildə operatorlar Qərbi Avropa ölkələrinin çox hissəsini (təxminən 55 faiz) "5G" şəbəkələrinə qoşacaq. Mərkəzi və şərqi regionda vəziyyət daha mürəkkəbdir - şirkətlər ərazinin yalnız 27 faizini "5G" qüllələrlə təmin edə biləcəklər.

 

Eyni zamanda, artıq ilk addımlar atılıb. Avropa İttifaqı "5G" texnologiyalarının tətbiqi üzrə ilk tədbirlər paketini razılaşdırıb.

 

İspaniyanın "Telefonica" şirkətinin baş direktoru Xose Maria Alvares-Palletinin sözlərinə görə, Avropa Komissiyası və böyük şirkətlər son 6 ayda real layihələr hazırlayıb və artıq 2021-ci ilin ortalarına kimi yeni rabitə standartının istismarından ilk gəlirlər əldə ediləcək.

 

Azərtac