Fevralın 26-da Təhsil  Nazirliyinin  və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidə önünə qərənfillər düzülüb,  faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.