Bakı Slavyan Universitetinin (BSU) tərcümə fakültəsinin Avropa dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə  həsr edilən “Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa, nəyə gərək düşüncə" adlı şeir müsabiqəsi keçirilib.

 

Müsabiqə Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə bağlı çıxışından videofraqmentlə başlayıb.

 

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən dosent Kamran Hacıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

 

Tələbələr Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibi Timur Fətəliyev seçilib.