Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 8 nömrəli tam və 4 nömrəli ümumi orta məktəblərdə Real TV-nin imkanları hesabına ərsəyə gələn, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailə üzvlərinin və qazilərin iştirakı ilə hazırlanmış   “Dəmir Yumruq” filminin nümayişi keçirilib.

 

Filmin nümayişində xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məktəblərin rəhbərləri, pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

 

Filmdə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığı İkinci Qarabağ müharibəsində xalqın səfərbərliyindən, ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

 

Şakir CƏFƏROV