Mingəçevir Dövlət Universitetində 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

 

Cari imtahan sessiyasının ikinci həftəsinin başa çatdığını nəzərə çatdıran rektor ötən həftələr ərzində imtahanların gedişatı zamanı aparılmış monitorinqlərin və təhlillərin nəticələrindən danışıb.

 

İmtahanların yüksək iştirakçılıq və müvəffəqiyyət göstəriciləri ilə davam etdiyini bildirən Ş.Bayramov sessiya ərzində hər bir tələbəyə həssas yanaşıldığını diqqətə çatdırıb.

 

Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib. İmtahan sessiyasının gedişatından razılıqlarını ifadə edən tələbələrin səsləndirdikləri təkliflərə münasibət bildirilib.