Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Mehri Axundovanı 75 yaşının tamam olması, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının baş müəllimi, I Qarabağ müharibəsi veteranı Babaşah Babayevi 70 yaşının tamam olması münasibətilə qəbul edib.

 

A.Nağıyev universitetin kollektivi adından M. Axundovanı və B.Babayevi əlamətdar yubileyləri münasibəti ilə təbrik edib, möhkəm cansağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayıb, uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə  “Təşəkkürnamə”ni onlara təqdim edib. A.Nağıyev onların böyük iş təcrübəsinin cəmiyyətdə  geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb.

 

Dosent M. Axundova və baş müəllim B.Babayev göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür edərək bundan sonra da əzmlə fəaliyyət göstərəcəklərini bildiriblər.