Naxçıvan Dövlət Universitetində Naxçıvan şəhərinin gənclər paytaxtı seçilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvanın ölkəmizin “Gənclər paytaxtı” seçimi ilə bağlı səsvermədə qalib gəldiyini bildirib, bunu muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

 

Azərbaycanın uğurlu gənclər siyasəti mövzusunda çıxışında universitetin Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova bildirib ki, Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan gənclər paytaxtı olmağa layiqdir. Z.Səfərova Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqləndiklərinə görə 2018-ci il Gənclər üçün Prezident  mükafatına layiq görülmüş 6 nəfər gənc arasında öz adının olmasını ümumən muxtar respublika gəncliyinə verilən böyük qiymət kimi dəyərləndirib.

 

Tədbir incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.