Elektron dərs cədvəllərinin hazırlanması ilə bağlı ümumi təhsil müəssisələrinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün təlim keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunmuş təlimin əsas məqsədi təhsil müəssisələrində tədrisin daha səmərəli təşkilinə töhfə vermək və dərs cədvəllərinin tərtib olunması işini optimallaşdırmaqdan ibarətdir.

 

“Microsoft Teams” platforması vasitəsilə keçirilən təlimdə 250-dən çox direktor və təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

 

TDM-in direktor müavini Zaur Balaqadaşov tərəfindən keçirilən təlimdə elektron dərs cədvəlinə nümunə olaraq dünyanın bir çox ölkəsində geniş yayılmış “ASC Timetable” proqramının yüklənilməsi və tam istifadəsi qaydaları nümayiş olunub.