Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə “İngilis dilini öyrən – sıfırdan sonsuzadək” mövzusunda təlim keçirilib.

 

ABŞ-ın Corc Vaşinqton Universitetinin magistrantı, ingilis dili mütəxəssisi Abdulxaliq Məmmədli tərəfindən keçirilən təlimdə SABAH qruplarının müxtəlif ixtisaslarında təhsil alan tələbələrə ingilis dilinin öyrənilməsi üçün ən effektiv metodlar, düzgün yanaşma, öyrənmə strategiyası və müxtəlif faydalı məlumat bazaları haqqında ətraflı bilgi verilib.

 

Məruzəçi xarici dil öyrənməklə bağlı öz şəxsi təcrübələrini və nəzəri məlumatları bölüşüb.

 

İnteraktiv şəraitdə keçən təlimin sonunda tələbələrin sualları cavablandırılıb.