Hollandiya alimləri epilepsiya xəstəliyinin əlamətlərini müəyyənləşdirən və ətrafdakıları xəbərdar edən “Nightwatch” adlı “ağıllı” bilərzik hazırlayıb.

 

www.life.ru saytının məlumatına görə, sözügedən bilərzik sahibinin nəbzini və əzələ yığılmasını analiz edir. Epilepsiya xəstəliyinin əlamətləri aşkar edilən kimi qurğuda qırmızı rəngli sensor işıq saçmağa başlayır və səs siqnalı eşidilir.

 

“Nightwatch” cihazı epilepsiyadan əziyyət çəkən 28 nəfər üzərində sınaqdan keçirilib. Bilərziklər sınaqlar zamanı 809 epilepsiya tutması aşkar edib.