Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar imzalayıb.
 
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06.00-dək uzadılıb.
 
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.