SAF Festivalının yeni loqosu ictimaiyyətə təqdim olunub.  
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olması və Azərbaycanın mötəbər COP-29 tədbirinə ev sahibliyi etməsi ilə əlaqədar loqoya yaşıl rəng çalarları əlavə edilib.
 
Festivalın yenilənmiş loqosu yarış meydançası, mühəndislik və innovasiya, eləcə də yaşıl həyat, uşaq və gəncləri simvolizə edir.
 
STEAM-ın açılışı olan elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyata yaşıl bacarıqların da əlavə edilməsi loqoda həmahənglik yaradıb.
 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifələrindəndir.