Bakı Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.  Mərasimdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib. İlk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra ümummilli liderin həyatından bəhs edən sənədli film nümayiş olunub.

   

Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Heydər Əliyev  bütün ömrünü istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə  Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib.  Rektor, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, eləcə də  daxili çəkişmələrin baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanılmasında misilsiz xidmətlərinin olduğunu bildirib, onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunduğunu, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını qeyd edib. Heydər Əliyevin Azərbaycanda bütün sahələrin  inkişafının əsasını qoyduğunu vurğulayan  rektor, ölkəmizin bu gün  möhtərəm Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü  siyasət nəticəsində  sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

     

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxışında bildirib ki, YAP-ın qurucusu  ulu öndər Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. O, bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir, qüdrətlənir.

 

Bakı Mühəndislik Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və YAP Gənclər təşkilatının sədr müavini  Sənan Məmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına  məhəbbətindən, gənclərə olan diqqət və qayğısından danışıblar. 

Bölmənin digər xəbərləri