Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 2-ci dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına  dünyanın ən ekoloji universitetləri siyahısına daxil olub. Qeyd edək ki, “UI Green Metric” reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur.

            

AzMİU dünyanın ən yaxşı 719 universiteti arasında, 453-cü yerdə qərarlaşıb. Azərbaycan universitetləri arasında  AzMİU ilk universitetdir ki, beynəlxalq “Green Metric” reytinq sistemində yer alıb. AzMİU ilə yanaşı, Böyük Britaniyanın Oksford Universiteti, Amerika Birləşmiş Ştatlarının Kaliforniya  Devis Universiteti və dünyanın bir çox nüfuzlu universitetləri siyahıda qərarlaşıb.

           

Reytinqin altı əsas meyarı arasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsini qiymətləndirir.

           

Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
“UI Green Metric World University Ranking” ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir. Məlumat üçün qeyd edək ki,  2018-ci il “UI Green Metric”in tam nəticələrini bu saytdan əldə edə bilərsiniz:

 

http://greenmetric.ui.ac.id/overall-ranking-2018/azmiu.edu.az