İxtiradan daha geniş əhali kütləsi də yararlana biləcək


İsveçrə alimləri insanın qan damarlarında hərəkət edən nanorobot icad ediblər. Qurğu şəraitdən asılı olaraq, hərəkət istiqamətini, forma və ölçüsünü dəyişə bilir. Mütəxəssislərin vəzifəsi kapilyarlara yerləşən robotun yaradılmasından ibarət olub.

 

Alimlər qrupunun rəhbəri Salman Sakarın sözlərinə görə, qurğunun hazırlanmasında  Yaponiyanın oriqami prinsipləri – qayçı ilə kağız fiqurların kəsilməsi sənəti tətbiq edilib. Bu prinsiplər sayəsində nanorobot ən dar qan damarlarında hərəkət üçün elastikliyə malik olub.

 

planet-today.ru saytının bu barədə yaydığı məlumatda bildirilir ki, robot polimer sxemlə doldurulmuş xüsusi proqram təminatı ilə təchiz edilib. Sensor və ötürücülər əvəzinə, maqnit nanohissəciklər effekti və onların elektrik sahələrinin dəyişməsinə reaksiyasından istifadə olunub.

 

Nanorobot bütün lazımi sınaqlardan keçib və tezliklə onun konstruksiyasının təkmilləşdiriləcəyi gözlənilir. İxtiranın digər üstünlüyü isə onun qiymətinin ucuz olmasıdır. Bu, ondan daha geniş əhali kütləsinin yararlanmasına imkan verəcək.

 

Yusif ƏLİYEV