Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Təhsil Nazirliyinin və UNİCEF-in birgə əməkdaşlığı əsasında həyata keçirilən “Əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində ikinci təlimə başlanılıb. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Növbəti təlimlərdə Gəncə Dövlət Universitetinin (GDU) pedaqoji profilli ixtisaslarında dərs deyən müəllimləri iştirak edir. Hər birində 30 nəfər olmaqla iki qrup üzrə təşkili nəzərdə tutulan təlimlər dörd gün davam edəcək.

 

Keçirilən təlimlərdə müəllimlər, “İnklüziv təhsil nədir?”, “İnklüziv təhsil sahəsində hüquqi çərçivələr”, “Əlilliyin sosial modeli”, “İnklüziv təhsil prosesində müəllim kadrlarının hazırlanması”, “Uşaq yönümlü pedaqogika”, “Universal təlim dizaynı”, “İnklüziv dərs planlaması”, “Diferensialaşdırma”, “Yardımçı texnologiya”, “Əməkdaşlıq-müəllim, valideyn, cəmiyyət və digər tərəfdaşlar”, “İnkluziv siniflərdə qiymətləndirmə”, “Uşaq və ailə dəstək planları” haqqında biliklərə yiyələnəcəklər.

 

Təlimlər GDU-nun Təhsil Nazirliyi tərəfindən müvafiq sertifikat almış müəllimləri tərəfindən keçirilir.

 

Təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim ediləcək.