Macarıstan səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə diplomatı və ikinci katibi Mihay Qruber Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də olub, təhsil müəssisəsinin fəaliyyəti və aqrar sahə üçün mütəxəssis hazırlığı ilə maraqlanıb.

 

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov diplomata ölkənin kənd təsərrüfatı haqqında ətraflı məlumat verib. Daha sonra rektor tələbə kontingenti, müasir laboratoriyalar, yataqxana və maddi-texniki baza haqqında danışıb və bildirib ki, iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsi deməkdir.

 


Diplomat səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirib və Macarıstanda olan universitetlərlə ADAU arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi və müəllimlərin qısamüddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib. Mihay Qruber həmçinin Macarıstanın təqaüd proqramları, “Stipendium Hanqaricum” haqqında geniş məlumat verib.

 

Görüşun sonunda diplomat universitetin yeni qurulan tədris-təcrübə təsərrüfatı, tədris korpuslarında tədris və elmi-tədqiqat bazası,  tələbə evi ilə tanış olub.

 

 

Bölmənin digər xəbərləri