219 nömrəli Evdə təhsil tam orta məktəbində direktor Sahilə  Əliyevanın rəhbərliyi ilə fənlər üzrə metodbirləşmə iclasları keçirilib. İclaslarda  evdə təhsilin əhəmiyyəti, məsuliyyəti haqqında fikirlər söylənilib. Müəllimlərin qarşılaşdığı çətinliklər dinlənilərək bu halların aradan qaldırılması istiqamətində görüləcək işlərdən söhbət açılıb.

 

Direktor S.Əliyeva bildirib ki, evdə təhsil müəllimlərdən ikiqat məsuliyyət, səbr və peşə bacarığı tələb edir. Bu işin cavabdehliyi ondan ibarətdir ki, hər  bir xəstə uşaq xüsusi və fərdi yanaşma ilə əhatə olunmalıdır. Evdə təhsilin vəzifəsi təkcə xüsusi qayğıya ehtiyacı olan şagirdlərə təhsil verməklə   məhdudlaşmır, həm də bu uşaqlar gələcək həyata atılmağa hazırlanmalı, onlara motivasiya və stimul verilməlidir.

 

Şakir CƏFƏROV