Mayın 16-17-də Abşeron Olimpiya İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə oğlanlar arasında respublika birinciliyi keçirilib.

 

Yarışda 18 komanda olmaqla 450-ə yaxın idmançı iştirak edib. İdmançılar 3 yaş qrupu üzrə, 13 çəki dərəcəsində mübarizə aparıblar.

 

Gərgin mübarizə şəraitində keçən çempionatda komanda hesabında I yerə “Təhsil” RİM 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, II yerə “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman-Şahmat Məktəbi, III yerə isə ”Təhsil” RİM 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüb. 

 

Qaliblər “Təhsil” RİM-nin kubok və diplomları ilə təltif ediliblər.


Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupları üzrə “Təhsil” RİM-nin yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək və idmançıların oyun təcrübəsini artırmaqdan ibarətdir.

 

 

Rəşad ZİYADOV