Azərbaycan idmançısı, “Qızıl əlcək” idman klubunun üzvü Nihat Tağızadə Gürcüstanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə uğura imza atıb.

 

Turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız K-1 yarışlarında gürcüstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Ermənistandan olan  idmançılar  mübarizə aparıblar.

 


Bölmənin digər xəbərləri