Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas ilə görüşüb.

 

Rektor İ.Cəfərov ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verib. O, Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Tuluz Universiteti ilə ikili diplomlar və  tələbə mübadiləsi istiqamətində əməkdaşlığın səmərə verəcəyinə əminliyini ifadə edən rektor elmi araşdırmalar və doktorantura üzrə əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu da vurğulayıb.

 

ADAU-ya səfərindən məmnunluğunu ifadə edən və hər iki ölkənin  təhsildə bir çox ümumi maraqlarının olduğunu deyən professor Jean Pierre Vinel ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Bu əməkdaşlıqda düzgün xətt seçməyin əhəmiyyətli olduğunu vurğulayan qonaq birgə daha böyük işlər görülə biləcəyini fikirlərinə əlavə edib.

 

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib və qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar. 

 

 

Bölmənin digər xəbərləri