İyunun 9-da IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının II mərhələsinin nəticələri elan edilib.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilir ki, imtahanda iştirakı gözlənilən 40234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər isə imtahan qaydalarını pozduğu üçün binadan xaric edilib.

 

Xatırladaq ki, iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

Bölmənin digər xəbərləri