AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirilib.

 

Təlimdə AMEA Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova EBSCO bazasının üstün cəhətlərindən, bazadan istifadə qaydalarından, termin və məqalələrin istinad göstəriciləri üzrə axtarış üsullarından danışıb, məqalələrin xarici jurnallarda dərc edilməsi üçün nəşriyyat seçilməsi metodu haqqında məlumat verib. Təşkilatın aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisi olduğunu söyləyən C.Yusifova ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixindən söz açıb. O, ümumilikdə 20-yə yaxın istiqaməti özündə birləşdirən EBSCO məlumat bazasının təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim etdiyini bildirib.

 

Sonda C.Yusifova tədbir iştirakçılarının suallarını cavablandırıb, onların təklif və iradlarını dinləyib.