“Bəzən vətəndaşlar yeni siniflərin açılması ilə bağlı iradlar səsləndirir ki, niyə rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olsa da əlavə siniflər açılmır. İzahımız budur ki, həqiqətən də dil bilən uşaqlar üçün bu şəraiti yaradırıq”. Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Nazir müavini vurğulayıb ki, bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir. Müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqlar siniflərə yerləşdirilib. “Birinci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb. Kadrlarla bağlı rus bölməsi üzrə gələcəkdə fəaliyyətin daha da yaxşı olmasını arzulayırıq”,-deyə M.Vəliyeva vurğulayıb.