Bakı Ali Neft Məktəbinin stadionunda Bakıda fəaliyyət göstərən transmilli  neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib. İngiltərə və Şotlandiya komandaları arasında 13-cü dəfə keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədi ilə istifadə olunacaq.

 

Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Ali Neft Məktəbinin Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən kampusunda 1000 yerlik süni örtüklü müasir standartlara cavab verən stadionu fəaliyyət göstərir.  

 

Stadion idman yarışlarının keçirilməsi üçün bütün texniki imkanlarla təchiz olunub.