UNEC-in “Professorlar Klubu”nda növbəti görüş  Xalq şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə olub.

 

“Professorlar Klubu”nun Rəyasət Heyətinin sədri Əvəz Ələkbərov  Vahid Əziz yaradıcılığından söz açaraq onun Azərbaycan ədəbiyyatında xüsusi mövqeyini, üslubunu və dövlətinə, xalqına qarşı sevgisini önə çəkib.

 

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Vahid Əziz, professorlarla görüşün böyük məsuliyyət tələb etdiyi kimi, həm də xoş ovqat yaratdığını bildirib. Vahid Əziz həyat və yaradıcılığı barədə məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib. Xalq şairi ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini də professorlarla bölüşüb. O, Heydər Əliyevin ədəbiyyata böyük qayğısından, şair və yazıçılara verdiyi dəyər və diqqətdən söz açıb.

 

Qeyri rəsmi və pozitiv ortamda keçən görüşdə Vahid Əziz öz şeirlərini səsləndirib. Müasir ədəbiyyatın problemlərinə də toxunan şair ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, professorların suallarını cavablandırıb.