Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub.

 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Rus Kitab Evi postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır.

 

Azərbaycanın keçmiş sovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır:


Son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində gedir. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.

 

Ə.Həsənov xatırladıb ki, Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.

 

Məlumat üçün bildirək ki, Rus Kitab Evində oxuculara tarix, dedektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim edilir.