Naxçıvan Müəllimlər İnstitutunda  Müstəqillik gününə həsr edilmiş tədbir eçirilib. Əvvəlcə Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə təhsil alan  tələbələrin əl işlərindən ibarət sərgiyə baxılıb.

 

İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru  Elbrus İsayev 18 oktyabr Müstəqillik gününün xalqımıza verdiyi töhfələrdən danışıb. Bu töhfələri Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Müəllimlər İnstitutunun timsalında izah edərək qazanılmış uğurlardan da bəhs edib. İnstitutda yaradılmış şəraiti, yeni ixtisasların açılmasını, dövlət sifarişi ilə oxuyan tələbələrin sayının artırılmasını diqqətə çatdırıb.

 

Daha sonra müstəqillik gününə həsr edilmiş, fakültələr arasında qızlardan ibarət voleybol komandalarının yarışı  keçirilıb.  Elbrus İsayev  qalib komandaya “Müstəqillik” kubokunu təqdim edib.

 

Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi nömrələri və poeziya nümunələri dinlənilib. Son olaraq bədii kompozisiya və videoçarxa baxış olub.