Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu  “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun müəyyən olunmuş 2-ci ərazisi (Vilvan kəndi və ona yaxın kəndlər) üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri arasında “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq yarışı uğurla həyata keçirilib.

 

Qeyd edək ki, bu layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olub.  

 

Yarışda Lənkəran rayonunun Vilvan,  Şağlaser,  Separadi, Viravul 1 saylı, Viravul 2 saylı, Girdəni,  Cil,  Osaküçə kənd tam orta məktəblərinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb.  Breynrinq yarışının əvvəlində layihənin rəhbəri olan İlkin Qəniyev  bu qrand müsabiqəsinin təhsilin inkişafı üçün əhəmiyyətli rolunu qeyd edib.

 

Gərgin keçən yarışda mümkün 65 baldan 57 balı toplayan Lənkəran rayonu Cil kənd tam orta məktəbinin komandası ilk yeri qazanmaqla  “Vətənim Azərbaycan”  layihəsinin final turuna vəsiqə alıb.

 

Müvafiq olaraq  II yeri 29 balla Lənkəran rayonu Viravul 2 saylı kənd  tam orta məktəbinin komandası,  III yeri isə 26 balla Lənkəran rayonu Separadi kənd tam orta məktəbinin komandası qazanıb.  Yarışa  qoşula bilməyən  Zövlə,  İstisu qəsəbə tam orta məktəbinin, Xarxatan  və  Tükəvilə kənd tam orta məktəbinin komandalarının nəticələri isə  layihənin təşkilat komitəsi tərəfindən   “0”  balla dəyərləndirilib.

 

Qeyd edək ki,  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun Ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə Breynrinq – bilik yarışı Lənkəran rayonunda daha 3 istiqamət üzrə həyata keçiriləcək.  Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbi olacaq.