Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət şahmat komandası XIV Respublika Universiadasında uğur qazanıb.

 

Belə ki, BMU komandasını təmsil edən tələbələr - Sadiq Ağayev, Fatimə Nəsibova, Anar Məmmədli, Oğuz Abışlı, Elmir Mehtiyev və Nilufər Paşabəyli digər komandaları məğlub edərək finala qədər yüksəlib.

 

BMU-nun komandası finalda II yerə layiq görülüb.

 

Məlumat üçün qeyd edək ki, Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədilə reallaşdırılıb.