Rumıniyanın Arad şəhərində bədii gimnastika üzrə “Arad Trophy 2019” beynəlxalq turniri keçirilib.  Müxtəlif yaş kateqoriyalarında 290 gimnastın qatıldığı turnirdə balaca gimnastımız Mina Abbasova  topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan bayrağına bürünərək yüksək mükafatı qəbul edən balaca gimnastımız bununla sayca 36-cı medalını( 14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.

   

Qeyd edək ki, M.Abbasova beş yaşından Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernatun və İnqa Makusun rəhbərlik etdikləri “Rus Rg Sport” klubunun üzvüdür. Arzusu ölkəmizi dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrdə  dalğalandırmaqdır.

 

Gimnastımız Sloveniya və Lüksemburqda keçiriləcək  yarışlara  da hazırlaşır.

        

Sifai SƏFƏROVA