AMEA-nın  Milli Azərbaycan Ədəbiyyatı Muzeyində IX-X əsr Şərq fəlsəfəsi və elmi fikrinin görkəmli nümayəndəsi Əbunəsr Əl Fərabiyə həsr olunan elmi seminar keçirilib.

 

Tədbirdə muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Natavan Bağırova böyük türk filosofu Əbunəsr Əl Fərabinin dövrü və zəngin elmi yaradıcılığı barədə məlumat verib,  onun ömrünün böyük bir hissəsinin Dəməşq şəhərindəki Seyfəddövlə (944-967) sarayı ilə bağlı olduğunu bildirib.

 

O, Əl Fərabinin ərəb hökmdarı Seyfəddövlənin hakimiyyəti zamanındakı elmi fəaliyyətindən, onun fəlsəfə, məntiq, qrammatika, tibb, həndəsə və astronomiyaya dair çoxsaylı əsərlərindən bəhs edib. N.Bağırova Əl Fərabinin “Fəzilətli şəhər əhlinin baxışları” əsərini təhlil edərək, alimin ilk varlıq haqqındakı fəlsəfi mühakimələrini Quran ayələrilə müqayisədə izah edib.   

 

Seminar iştirakçıların sual və cavabları ilə davam edib.