Naxçıvan Dövlət Universiteti (NDU) İncəsənət fakültəsində 9 Noyabr - Dövlət Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dövlət bayrağının yaranması tarixindən danışıb və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün” təsis edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırladıb. Diqqətə çatdırılıb ki, bu sərəncamla hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd edilir.

 

Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev Naxçıvan şəhərində  Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılmasından danışıb. 

 

Müalicə işi ixtisası üzrə I kurs tələbəsi Aysel İsayeva vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, gənclərin ən müqəddəs amalı, vəzifəsi hesab edib.

 

Tədbir tələbələrin bədii qiraəti ilə davam edib. Sonda videoçarx nümayiş olunub.