Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə  9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş tətbir keçirilib.

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı, Dövlət bayrağıdır:” Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.  2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb və həmin ilin dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.  Həmin ildən indiyə qədər xalqımız Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və dərin vətənpərvərlik hissi ilə qeyd edir”.

 

Sonra Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov deyib ki, illər ötdükcə dövlət bayrağına münasibətin daha da güclənməsinin əsas səbəblərindən biri məhz ölkə rəhbərliyi səviyyəsində bayrağımıza olan böyük ehtiramla bağlıdır. O, Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılmasını, dünyanın ən hündür bayraq dirəyinin inşa edildiyini sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Elmi-təşkilati şöbənin müdiri, professor Əli Allahverdiyev tədbirdə əsas məqsədin, ilk növbədə tələbələri maarifləndirmək, onların dövlətimizin ictimai-siyasi işlərinə marağını artırmaq və dövlət atributlarına hörmət,  məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olduğunu söyləyiblər.