İsveç məktəblisi, 16 yaşlı ekologiya fəalı Greta Тunberq  ABŞ-ın nüfuzlu "Times" jurnalının versiyasına görə "İlin adamı"  seçilib.  "Tunberq  hər hansı  siyasi partiyanın və ya hüquq müdafiə təşkilatının lideri deyil. O,  həmçinin iqlim böhranı haqqında təhlükə siqnalı verən birinci və bu problemin həllində ən səriştəli olan şəxs də deyil.  O, alim və siyasətçi deyil. Ənənəvi təsir "rıçaq"larına da əli çatmır: o, milyonçu  və ya şahzadə, pop-ulduz və hətta yaşlı da deyil.  O,  cəsarətini toplayaraq hakimiyyətə həqiqəti söyləyən, gənc nəslin ikonasına şevrilmiş yeniyetmə qızdır", – deyə "Times"in materialında deyilir.

  

Gənc isveçli ətraf mühitin müdafiəsi sahəsində öz emosional və kəskin çıxışları ilə tanınır.  Keçən il o, Stokholmda təklikdə  "məktəb tətillərini" keçirməyə başlayıb,  sonra ona bütün dünyada minlərlə yeniyetmə qoşulub.  "İqlim üçün məktəb tətili" gənclər təşkilatı belə yaranıb.

 

Bu günlərdə Qreta Tunberqi  "məqsədəuyğun həyat təminatı uğrunda"  alternativ Nobel mükafatı  ilə təltif ediblər . Bu mükafata  hər il  mədəni dəyərlərin qorunması və dirçəlişi,  böhranların nizama salınması sahəsində töhfələrinə görə ayrı-ayrı şəxslər və təşkilatlar layiq görülür.

 

Oruc MUSTAFAYEV