Bütün xəbərlər
27 fevral, 18:01

Fevralın 27-də “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsil müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təqaüd proqramının növbəti qaliblərini təbrik edərək bu günədək ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbənin proqram çərçivəsində qalib olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib.

Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də öz növbəsində “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini proqramın qaliblərini təbrik edərək tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.

Qeyd edilib ki, “AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Bununla yanaşı, peşə təhsili tələbələri “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə bu sahədə karyera imkanları əldə etmək şansı da qazanıblar. 

Tədbirdə, həmçinin, “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, kitab Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə hazırlanıb. Qeyd edilib ki, dərslik türk dilindən Azərbaycan dilinə tərcümə edilib, peşə təhsil müəssisələri üçün 200 tirajla çap edilib. Kitab Daşkəsən, Gədəbəy və Gəncə bölgələrində yerləşən peşə məktəblərinə paylanılıb. Əlavə edilib ki, dərslik mədənçilik sahəsində ixtisaslaşan tələbələr üçün dəyərli bir tədris vəsaiti olacaq.

1 /15

Şərhlər

Xəbər lenti

27 fevral, 19:29

Peşə təhsili ilə bağlı layihənin icrasına başlanılıb

27 fevral, 19:23

2280 təhsil işçisi psixoloji dəstək layihəsindən faydalanıb

27 fevral, 18:20

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

27 fevral, 17:58

Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktik konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.